Kapital Bankın yerli struktur bölmələrində iş rejimi dəyişdirilib
Müraciətlərin getdikcə artdığını nəzərə alan bank filial və şöbələrdə fasiləsiz iş rejimi tətbiq edib.
Bu barədə Kapital Bankın mətbuat xidmətinin verdiyi məlumatda bildirilir.
Müştərilərə xidmət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə Kapital Bankın yerli struktur bölmələrində iş rejimi dəyişdirilib., Müştərilərin banka, adətən, nahar fasiləsi zamanı və həftənin şənbə günlərində müraciət etmək imkanına malik olduğu nəzərə alınaraq, filial və şöbələrdə fasiləsiz iş rejimi tətbiq edilib. Bundan sonra müştərilər nahar fasiləsi zamanı da Kapital Bankın bütün filiallarının xidmətlərindən istifadə edə biləcəklər.
Şənbə günlərində isə Bankın ümumilikdə 30 filialı və 10 şöbəsi işləyəcək. Müştərilərə şənbə günləri xidmət göstərəcək filiallar aşağıdakılardır: 2 saylı Yasamal, 2 saylı Səbail, 2 saylı Xətai, 2 saylı Nəsimi, 2 saylı Nizami, 2 saylı Binəqədi, 2 saylı Sabunçu, 2 saylı Sumqayıt, Tərəqqi, 1 saylı Xətai, Rabitə, Xəzər, Suraxanı, Qaradağ, Abşeron, Kəpəz, Tovuz, Yevlax, Bərdə, Mingəçevir, Ağcabədi, Şəki, Zaqatala, İmişli, Şirvan, Sabirabad, Kürdəmir, Quba, Saatlı, Lənkəran rayon (şəhər) filialları.
Bu dəyişiklik müştərilərə şənbə günləri saat 11.00-dan 15.00-dək Kapital Bankın Azərbaycanda ən böyük xidmət şəbəkəsindən istifadə etməyə, o cümlədən kommunal, rabitə, kredit və kredit kartları üzrə borc ödənişlərini yerinə yetirməyə, dövlət vergi və rüsumlarını ödəməyə, sürətli pul köçürmələrini həyata keçirməyə, nağd xarici valyutanın alqı-satqısına aparmağa imkan verəcək.










