Beynəlxalq Bankın özəlləşdirilməsi üzrə məsləhətçi seçilib
Bununla əlaqədar keçirilən tenderin qalibi PricewaterhouseCoopers Audit Azerbaijan, Rothschild & CIE və Salans UK Limited-in Azərbaycan filialı olub.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir.
Tenderdə üç iddiaçı tərəfindən təkliflər verilmişdi. Özəlləşdirmə sxemi (məsələn bankın məhz hansı hissəsi dövlətdə qalacaq) məsləhətçinin tövsiyələrindən asılı olacaq. Məsləhətçi bankın maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsini aparmalı, dövlətin payının qiymətini və satış şərtlərini müəyyənləşdirməli, özəlləşdirməyə yerli və xarici hüquqi şəxslərin cəlb edilməsi üzrə hüquqi, texniki və maliyyə məsləhətləri göstərməlidir. İş prosesində məsləhətçi bank sektorunun təhlili əsasında onun inkişafının perspektivləri, sektorda rəqabətin güclənməsi, ABB-nin özəlləşdirilməsi ilə bağlı milli qanunvericiliyə düzəlişlər üzrə təkliflər verməli, bankı dünya standartları və normalarına uyğun qiymətləndirməlidir.










