Mərkəzi Bank Azərbaycan Beynəlxalq Bankına subordinasiya krediti verib
Kredit 5 il müddətinə verilib və 150 milyon manat həcmindədir.
Qeyd edək ki, xüsusi subordinasiya borc öhdəliyi “Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları”na uyğun olaraq birinci səviyyəli kapitala aid edilir.
Azərbaycan Beynəlxalq Bankdan verilən məlumatda bildirilir ki, adıçəkilən maliyyə qurumu uzunmüddətli dövlət maliyyə resurslarını istifadə edərək, öz kapitalının və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.










