2012-ci ilin yanvarın 1-ə NBC Bank-ın kredit portfeli 52,5 milyon manat təşkil edib
Ötən il bankın kredit portfeli 2010-cu illə müqayisədə 22,8% artıb.
2011-ci ilin yanvar ayının 1-ə, bankın kredit portfeli əvvəlki ilə muqayisədə 22.8 % artaraq, 52,5 mln. manat olmuşdur ki, bu artım əsasən biznes, istehlak və ipoteka kreditlərində özünü daha çox göstərmişdir. Bank 2011-ci ildə İpoteka Fondunun müvəkkil banklar siyahısına daxil olaraq ipoteka kreditləri verməyə başlamışdır. Həmçinin, ötən illə müqayisədə bank aktivlərinin artımı müvafiq olaraq 26,8% təşkil etmişdir.
2011-ci ildə “NBC Bank” ASC Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, qazanılmış mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi həyata keçirilmiş və nəticədə bankın nizamnamə kapitalı artaraq, 16, 39 milyon manat məbləğınə çatdırılmışdır.










