Moody`s: Beynəlxalq Bankın özəlləşdirilməsi bankın kredit reytinqinə müsbət təsir edəcək
Səhmlərinin emissiyası nəticəsində bankın kapitalının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
Bu barədə agentliyin yaydığı məlumatda bildirilir. Özəlləşdirilmənin bankda şəffaflığın yüksəldilməsinə, korporativ idarəetmənin yaxşılaşdırılmasına və kapitallaşmanın möhkəmləndirilməsinə gətirib çıxaracağı ifadə edilib. Bu prosesin, həmçinin bank sektorunun rəqabət dinamikasının yaxşılaşdırılmasına və bankın məcmu maliyyə göstəricilərinin möhkəmləndirilməsinə yardım edəcəyi vurğulanıb.
Qeyd edək ki, bankın özəlləşdirilməsi və onun nizamnamə kapitalında dövlətin payının azaldılması (dövlətsizləşdirmə) prosesləri üzrə xidmətlər göstərilməsi üçün məsləhətçi qismində PriceWaterhouseCoopers Audit Azerbaycan, Salans UK Limited, Rothschild & CIE seçilib. Məhz bu şirkətlər özəlləşdirmə şərtləri üzrə tövsiyələr hazırlayacaq, hüquqi və texniki yardım göstərəcək, strateji investorların cəlb edilməsində banka kömək edəcək və hökumətin payını qiymətlənirəcəklər.










