Beynəlxalq Bankın Moskvadakı törəmə müəssisəsi rebrendinq prosesindədir
2012-ci ildən maliyyə qurumu Bank MBA-Moskva adlanacaq.
MBA-Moskva-nın İdarə Heyətinin sədri Fuad Abdullayev adıçəkilən bankın rebrendinqi ilə bağlı Rusiya Mərkəzi Bankının ilkin razılığının alındığını bildirib. Bu məqsədlə cari ilin sonuna qədər bütün zəruri sənədlərin alınacağı və gələn ilin əvvəlindən qurumun Bank MBA-Moskva adı altında fəaliyyət göstərməyə başlayacağı ifadə edilib.
Bank rebrendinqdən sonra da Azərbaycan Beynəlxalq Bankının 100%-lik törəmə müəssisəsi statusunu qoruyacaq.
Qeyd edək ki, 2012-ci ilin əvvəlinə bankın şəxsi kapitalı 2 milyard rubla (1 rubl=0,0254 manat) bərabər olacaq.










