Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

NBC Bank filial şəbəkəsini genişləndirməyə davam edir

nbc

Adıçəkilən bankın Şəkidə də filialı açılıb.

Oktyabrın 1-də NBC Bank Şəkidə yeni filialının açılışını qeyd edib. Tədbirdə bank rəhbərliyi ilə yanaşı yerli icra orqanın rəhbər işçiləri iştirak edib. “Nurgün” Şirkətlər Qrupunun vitse-prezidenti Müşfiq Səfiyev və NBC Bank-ın İdarə Heyətinin sədri Fuad Qənbərov çıxış edərək, 1992-ci ildən fəaliyyət göstərən bankın əhatə dairəsinin getdikcə genişləndiyini, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində də filiallarının açıldığını bildiriblər. Regionların sosial-iqtisadi inkişaf proqramına öz töhfəsini verən “Nurgün” Şirkətlər Qrupu Azərbaycanın digər bölgələrində də NBC Bank-ın filiallarını açmaqda davam edəcək.

“NBC Bank”ın Şəki filialının fəaliyyətində kiçik və orta biznesin maliyyə baxımından dəstəklənməsi prioritet olacaq. Bundan əlavə, burada həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulan müxtəlif növ bank əməliyyatları, o cümlədən hesabların açılması, depozit, qarantiya və akkreditivlər, istehlak kreditləri (plastik kartla kredit, məişət avadanlığı alınmasına yönəlmiş kreditlər, təmir kreditləri, mobil telefon krediti), biznes və avtomobil kreditləri, plastik kartlarla əməliyyatlar, mobil rabitə operatorları üzrə ödənişlər, kommunal xidmət ödənişləri, valyuta mübadiləsi və s. həyata keçiriləcək.

ƏLAQƏLİ YAZILAR

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar