28 noyabr - 5 dekabr tarixlərində dünya maliyyə bazarlarının vəziyyəti

Avropa maliyyə bazarları
Avropa borc böhranı mərkəzi mövzu olaraq qalmaqda idi, Aİ sammiti astanasında burada vəziyyət bir qədər sabitləşmişdir. Avrozonanın işgüzar fəallıq indeksi resessiya (tənəzzül) zonasına daxil oldular. Almaniyada pərakəndə satışlar artmış, Fransada istehlak xərcləri tənəzzülə uğramışdır.
Avrozona əmək bazarında vəziyyət pisləşir, işsizlik, 1998-ci ilin yazından maksimum səviyyəyə qalxaraq, oktyabr ayında 10,3 %-ə qədər artmışdır. İspaniyada işsizlik 22,8%-ə qədər artmışdır. İnflyasiya sabitləşir: Avrozonada istehsal qiymətləri il ərzində 5, 5%, istehlak qiymətləri isə 3.0% artmışdır. Bütün bunlar AMB-na artıq dekabr iclasında pul siyasətinin sonrakı yumşaqldılmasına imkan verir. Bank sahəsindəki vəziyyət pisləşməyə davam edirdi, Avropa bankları, AMB-da bir gecəlik depozitlərdə 304.4 mlrd. avro məbləğində rekord miqdarda vəsait yığaraq, 2009-cu ilin yazından bu yana AMB-da kreditlərin rekord həcminə - 265.5 mlrd. avro - çatdı. Banklar bir - birinə etibar etmirlər və vəziyyət həddindən artıq gərgin idi. İtaliya borcları demək olar ki, illik 8 %-lə yerləşdirməli oldu. Avropa hakimiyyət orqanları divara dirənmişdilər, Almaniya və Fransa Avrozonada islahatlar aparılması və baza razılıqlarının dəyişdirilməsi üzrə təkliflər irəli sürməyi vəd edirlər. Onlara demək olar ki, inanmırlar, ona görə də keçmiş xoş günləri yada salaraq, vəziyyətdən çıxış yolunu Mərkəzi banklar tapmalı oldu. Aparıcı Mərkəzi banklar birləşdirilmiş qərarlar qəbul etdilər. Kanada Bankı, İngiltərə Bankı, Yaponiya Bankı, Avropa mərkəzi bankı, FES və İsveçrənin Milli bankı svop - xəttlərin (mübadilə) imkanlarının genişləndirilməsi haqqında razılığa gəldilər. İndi hər bir Mərkəzi Bank likvidliyi digər bankların valyutasında təqdim edə bilər, ancaq FES –n tariflərinin dollar likvidliyi üzrə OIS+50 baza maddəlinə qədər aşağı salınması daha əhəmiyyətli qərar idi ki, bu da AMB-na dollarla illik 0,6 % ilə kredit verməyə imkan verir, indiyə qədər tarif illik 1,1%-ə yaxın idi. Bu qərar tarifi beynəlxalq bankın tariflərinə yaxınlaşdıracaqdır və bankların AMB-da iştirakını fəallaşdıra bilər. Bundan başqa AMB üç aylıq kreditlər üzrə marjinal tələbləri 20 %-dən 12%-ə qədər aşağı salmağı vəd edir. Bu cür qərarlar Avropa valyutalarının dollara qarşı kəskin tənzimlənməsinə səbəb olurdu.
Britaniyalılar 2009-cu ilin yazından başlayaraq, Britaniya sənayesi Konfederasiyasının pərakəndə satış indeksinin aşağı düşməsini qeyd etmişlər, istehlakçı etibarı 2,5 il ərzində minimumlara yaxın səviyyəyə stabilləşmişdir. İngiltərə Bankı inflyasiyanın kəskin surətdə aşağı düşməsini gözləyir, bəzi təmsilçilər yeni təşviq üsullarında israr edirlər. Bank sahibləri Avrozonadakı böhranın iqtisadiyyata zərər vuracağını bir nəfər kimi qəbul etmişlər. İngiltərə Bankının başçısı Avrozonada dalğalanmaların baş verdiyi təqdirdə, sərt tənzimləməni və hərəkət planının zərurətini gözləyir. Böyük Britaniyanın Maliyyə Nazirliyi 2012-ci il üçün iqtisadiyyat üzrə proqnozları üç dəfə aşağı salmış və büdcənin tənzimlənməsi müddətini uzatmışdır. Sənaye sahəsində işgüzar fəallıq indeksi resessiya (tənəzzül) zonasında qalır. İngilis funtu həftə ərzində tənzimlənmişdir, ancaq əhəmiyyətli uğurlar əldə etmək mümkün olmamışdır.
ABŞ maliyyə bazarları
Amerikada FES-n “Bej kitab” hesabatı demək olar ki, bütün sahələrdə iqtisadiyyatın yavaş-yavaş bərpa edilməsini qeyd edirdi. Mənzil bazarında vəziyyət neqativdir, yeni mənzillərin satışı tarixi minimumların yaxınlığında dayanır, yeni mənzillərin qiymətləri isə aşağı düşür. Bunu əksinə avtomobillərin satışı artır və ildə 13.6 mln çatmış, istehsal sahəsində işgüzar fəallıq artmışdır. Milad ərəfəsində istehlakçıların əhval - ruhiyyə indeksi kəskin surətdə yüksəlmişdir. ADP-n verdiyi məlumatlara görə şəxsi sektorda məşğulluq 206 min iş yeri yaratmışdır, işsizlik üzrə həftəlik müraciətlər 400 minə yaxın olaraq qalmaqdadır. Noyabr ayı üçün məşğulluq üzrə rəsmi hesabat pis deyildi: iş yerlərinin sayı bir ay ərzində 120 minə qədər artmışdır, xüsusi sektor 140 min əlavə iş yeri açmışdır, ancaq işsizlik qəflətən 8, 6 %-ə qədər azalmışdır, ancaq əlavə olaraq 487 min amerikalı işsiz qalmışdı. Məşğul insanların və əhalinin nisbətinin daha adekvat göstəricisi daha az inkişafı göstərirdi və 58,4 %-dən 58.5 % qədər artmışdı, uzunmüddətli işsizlik isə yeni maksimum hədlərə qalxırdı.
FES - də onlar hələ vəziyyətə fəal surətdə müdaxilə etməyə hazır deyildirlər, bundan əlavə, onlar öz balanslarını cüzi də olsa azaltmağa davam edirlər. Bu, orta müddətli dövrdə dolları müəyyən qədər dəstəkləməlidir, ancaq Mərkəzi banklar arasında svop - xəttlərin genişləndirilməsi bazarda kəskin dalğalanmaları məhdudlaşdıracaqdır.
Asiya ölkələrinin maliyyə bazarları
Asiyadan baş verənlər ziddiyyət təşkil etmiş, Yaponiya və Çində işgüzar fəallıq indeksi 50-dən aşağı düşmüşdür ki, bu da iqtisadi vəziyyətin pisləşməsini bildirir. Yaponiyada sənaye istehsalı sentyabr ayı üzrə itkilərin bir hissəsini bərpa etmiş və sentyabr ayındakı 3,3%-lik azalmadan sonra oktyabr ayında 2,4% artmış, istehsalın illik artımı 0,4 % təşkil etmişdir. Yaponiyada pərakəndə satışlar bir il ərzində 1,9 % artmış, ev təsərrüfatına sərf edilən xərclər 0,4 %, ancaq il ərzində gəlirlər - 3,8 % aşağı düşmüşdür. İşsizlik səviyyəsi 4,1%-dən 4,5%-ə qədər artmış, inkişafın davam etməsi riski vardır. Şirkətlərin 9,8% azalan sərmayə qoyuluşları üzrə hesabatı “qaranlıq” dinamikanı qeydə almış, şirkətin gəlirləri il ərzində aşağı düşmüşdür. İqtisadiyyatın kəskin surətdə yavaşıması riski fonunda Çin Xalq Bankı, pul siyasətinin “yumşaldılması” (asanlşdırılması) dövrünə başlayaraq, banklar üçün ehtiyat tələblərini 0,5% aşağı saldı. Yenə həftə ərzində aşağı düşdü, ancaq dəyişikliklər ümumən cüzi miqdarda idi, bazarda Yaponiya Bankının dolayı yolla iştirakını da istisna etmək olmaz.

ALPARI-nin analitik şöbəsi










