Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

Avrozonada istehsal qiymətləri sabitləşir

Oktyabr ayı üzrə Avrozonada istehsal qiymətləri sabitləşməyə davam edərək, bir ay ərzində qiymətlər 0.1% artmışdır, illik qiymət artımı isə 5.5% qədər azalmışdır. Qiymətlər olduqca asta templərlə artmağa başladı. Enerji nəzərə alınmadan qiymətlər 0.1% aşağı düşmüş, illik artım sürəti 3.2% qədər azaltmışdır. Oktyabr ayında enerji qiymətləri 0.8% artmışdır, onların illik artım sürəti 12,4% qədər artmışdır, bu, neftin avroda kifayət qədər baha olması və qaz qiymətlərinin gecikmiş artımı ilə şərtləndirilmiş ola bilər. Qısa müddətli istifadəsi üçün nəzərdə tutulmuş istehlak mallarının qiymətləri bir ay ərzində 0.2% artmış, illik artım 3,5% təşkil etmiş, uzun müddət istifadə üçün nəzərdə tutulan istehlak malları bir ay ərzində 0,1% bahalaşmış, illik qiymət artımı 2.5% təşkil etmişdir. Ölkələr üzrə istehsal qiymətlərinin artımı (inkişafı) kifayət qədər sabitdir, Yunanıstanda qiymətlərin daha sürətli şəkildə (il ərzində +7.9%) və Estoniyada daha zəif (3.6%), İrlandiyada (4.4%) və İtaliyada (4.7%) artması müşahidə olunur. Son üç ay ərzində qiymətlərin qısa müddətli illik artım sürəti 1,5% səviyyədədir, yəni həmin an üçün istehsal qiymətlərin artım sürəti əhəmiyyətli dərəcədə azaltmışdır.

Ümumiyyətlə, AMB tariflərinin aşağı salınmasına hal-hazırda az sayda maneələr mövcuddur, çünki yaxın vaxtlarda keçiriləcək iclasda Mərkəzi Bank sonrakı güzəştlər edə bilər.

ALPARI-nin analitik şöbəsi

ƏLAQƏLİ YAZILAR

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar