Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

Caterpillar şirkəti: analitik arayış

caterpillar
caterpillar
Qarant İnvest

Caterpillar şirkəti yerqazan nəqliyyat avadanlıqlarının, tikinti avadanlıqlarının, dizel mühərriklərinin, elektrik stansiyaları üçün avadanlıqların və s. bu kimi digər məhsulların istehsalı üzrə ixtisaslaşan ən böyük Amerika korporasiyalarından biridir.

Şirkət dünyanın 50 ölkəsində 480-dən çox yerli şöbəyə malikdir və maşınqayırma sənayesinin ən böyük nəhənglərindən biri hesab olunur. Şirkət 1925-ci ildə yaranmış və öz fəaliyyət dövrü ərzində məşhur bir brendin əsasını qoymuşdur. Şirkətin 2012-ci il 31 yanvar tarixinə olan bazar kapitallaşması 70.61 milyard dollara bərabər olmuşdur. Həmçinin, qeyd etmək lazımdır ki şirkətin səhmləri Nyu-York Fond Birjasında kotirovka olunur.

Bazarda mövqe

2001-ci ildə Caterpillar şirkəti 6 siqma strategiyasını qlobal səviyyədə tədbiq edən ilk şirkətlərdən biri olmuşdur. Bu strategiyanın həyata keçirilməsi nəticəsində şirkət əməliyyat fəaliyyəti zamana baş verən texniki qüsurları minimal səviyyəyə endirməyə nail olmuşdur. 2003-cü ildə şirkət ilk dəfə olaraq ekoloji cəhətdən təmiz dizel mühərriklərinin istehsalına başlamışdır. 2010-cu ildə Caterpillar şirkəti Bucyrus International şirkətini almaq üçün yerli və xarici antimonopoliya qurumlarında razılıq almış 2011-ci ildə isə əməliyyat başa çatmışdır. Əməliyyatın həcmi 8.8 milyard dollara bərabər olmuşdur.

Yerli bazarda Caterpillar şirkəti çox zəif rəqabətlə üzləşmişdir. Xarici bazarda şirkət Yaponiyanın Komatsu şirkəti ilə rəqabət aparır, hansı ki Asiya bazarında çox mühüm paya malikdir və dünyanın bu sahədə ixtisaslaşan ikinci ən böyük şirkəti hesab olunur. Ümumiyyətlə, Caterpillar və Komatsu birlikdə bazarın 50%-nə malikdirlər. Həmçinin, bir sıra Çin şirkətləri də öz keyfiyyətləri məhsulları ilə bazarda öz paylarını artırmağa çalışırlar. Fikrimizcə, şirkət xarici bazarlarda öz payını itirməmək üçün öz investisiya qoyuluşlarını artırmağa məcbur olacaqdır və nəticə şirkətin növbəti illər üzrə sərbəst pul vəsaiti azalacaqdır. Lakin, onu da qeyd etmək lazımdır ki, Bucyrus International şirkətinin alınması onun öz satışlarının artmasına imkan verəcək ki, bu da şirkətin rəqabət qabiliyyətliyinin artmasına səbəb olacaqdır.

Şirkətin üzləşdiyi ən böyük risk onun tikinti, mədən və enerji bazarlarından çox asılı olmasıdır, hansılar ki, tsiklik xarakter daşıyır. Ölkə iqtisadiyyatının zəifləməsi dövründə qiymətlərin düşməsi şirkətə böyük həcmdə ziyan vura bilər.

Maliyyə vəziyyəti

Şirkətin maliyyə hesabatlarına nəzər salsaq görərik ki, şirkətin satışları 2009-cu ildən başlayaraq sürətlə artmaqdadır. 2011-ci ilin ilk üç rübünə olan satışlar 42.9 milyard dollara bərabər olmuşdur bu isə əvvəlki ilə nisbətdə 44% artım deməkdir. Müvafiq tarix üçün xalis gəlirlər isə 3.38 milyard dollara bərabərdir ki, bu göstərici də əvvəlki ilə nisbətdə 95.2% artmışdır.

Şirkətin cəmi 2011-il üzrə cəmi aktivləri də artmış və 77.8 milyard dollara bərabər olmuşdur. Beləliklə, 2010-cu ilin göstəricisinə nisbətdə şirkətin cəmi aktivləri 21.5% artmışdır. Şirkətin qısa və uzunmüddətli borc öhdəlikləri isə 32.7 milyard dollara bərabərdi ki, bu da şirkətin levericinin yüksək olmasını göstərir. Şirkətin səhmdar kapitalı da stabil olaraq artmaqdadır və artıq 2011-ci ilin 3-cü rübünə olan göstərici 14.16 milyard dollara bərabər olmuşdur.

Əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin 2011-ci ilin 3-cü rübünə olan göstəricisi 7.6 milyard dollara bərabər olmuşdur. Həmçinin, şirkət 9.8 milyard dollar həcmində investisiya fəaliyyətinə pul xərcləmiş, 11.8 milyard dəyərində borc öhdəliyi ödəmiş, 15.6 milyard dəyərində yeni borc öhdəliyi buraxmış və nəhayət 1.14 milyard dollar dəyərində divident ödəmişdir. Şirkətin 2011-ci ilin 3-cü rübünə olan sərbəst pul vəsaiti 4.2 milyard dollara bərabər olmuşdur.

Şirkətin ROA və ROE əmsalları da müvafiq olara 6.24% və 36.24% faizə bərabərdir. Cari likvidlik əmsalı isə 1.46-ya bərabərdir ki, bu da onun qısamüddətli öhdəliklərini ödəmək üçün kifayət qədər vəsaitinin olmasını göstərir.

Tövsiyə

Qeyd etmək lazımdır ki, şirkətin güclü maliyyə vəziyyəti, bundan başqa şirkətin bazar payının çox yüksək olması, habelə, elmi tədqiqat və inkişaf  sahələrinə davamlı olaraq investisiyaların qoyulması onun səhmlərini investorların üçün daha da maraqlı edir. Fikrimizcə, şirkətin davamlı olaraq inkişafı onun səhmlərinin 150 dollara qədər qalxmasına səbəb ola bilər.

Rüfət Kərimov

Qarant Invest şirkətinin maliyyə analitiki

ƏLAQƏLİ YAZILAR

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar