McDonald’s şirkəti: analitik arayış
McDonald’s şirkəti geniş restoranlar şəbəkəsinə malik olmaqla öz sahəsində liderliyini qoruyur. Şübhəsiz ki, bu reytinqə ilk olaraq şirkətin ümumi bazar kapitallaşması təsir göstərir. Belə ki, 2012-ci il 4 yanvar tarixinə bu göstərici 101,7 milyard dollar təşkil etmişdir. Şirkətin adi səhmlərinin qiymətinin artımı son 3 il ərzində şirkətin bazar kapitallaşmasının 40% artımına səbəb olmuşdur.










