BİZNES
Texnologiyalar dünyasını dəyişdirən ən böyük satınalmalar

Ötən həftə Microsoft-un Skype-ı rekord qiymətə satın alması ilə yadda qaldı.
Uorren Baffet qəzetlərin "öləcəyinə" inanmır

Dünyanın ən məşhur investisiya fondlarından biri olan Berkshire Hathaway-in sahibi Uorren Baffet ənənəvi qəzetlərin çapının hələ uzun müddət davam edəcəyinə ümidlə baxır. Baffet bu fikrini atdığı növbəti investisiya əməliyyatı ilə də bir daha sübut edib. Baffet ABŞ-ın ən məşhur media şirkətlərindən biri olan Media General-a 142 milyon dollar məbləğində investisiya yatırıb, bundan əlavə Media General bu sövdələşmədən sonra 400 milyon dollar məbləğində borc və 45 milyon dollar məbləğində kredit xətti də əldə edib.
Uorren Baffet : "Əldə hər zaman 20 milyard dollar nağd pul saxlamaq lazımdır"
Məşhur investisiya şirkətlərindən biri olan Berkshire Hathway şirkətinin ümumi toplantısında 40 min səhmdarın qarşısına çıxan Uorren Baffet həm səhhətindəki problemlə (prostat xərçəngi) bağlı narahatçılığa əsas olamdığını, erkən diaqnoz qoyulduğu üçün müalicənin uğurla aparıldığını bildirib.
General Motors Facebook-un reklam xidmətindən imtina edir
General Motors şirkəti Facebook sosial şəbəkəsində ödənişli reklam yerləşdirilməsini dayandırmaq qərarına gəlib. Facebook səhifələrində GM-nin avtomobil modellərinin reklamlarının bir qismi saxlanılacaq lakin, ödənişli olan reklamların dayandırlıması fikri isə qətidir.
Royal Bank of Scotland-in zərərləri üç dəfə artıb
Cari ilin I rübünün yekunlarına əsasən, Birləşmiş Krallığın adıçəkilən maliyyə qurumunun xalis zərərləri 1,52 milyard funt sterlinq (2,47 milyard dollar) təşkil edib.
İspaniya banklarının borcu rekord həddə çatıb

İspaniya Mərkəzi Bankından bu gün verilən açıqlamaya görə ölkə banklarının Avropa Mərkəzi Bankına (AMB) olan borcu aprel ayı göstəricilərinə əsasən rekord səviyyəyə - 263.5 milyard avroya çatıb.
Samsung-un xalis mənfəəti 4,4 milyard dollar təşkil edib
Cari ilin I rübündə Samsung Electronics şirkətinin xalis mənfəəti 2011-ci ilin analoji dövrü ilə müqayisədə 81,3% artaraq 2,78 trilyon vondan (2,45 milyard dollar) 5,05 trilyon vona (4,44 milyard dollar) yüksəlib.
İtaliyanın ən nüfuzlu banklarından birinə maliyyə polisi basqın edib

İtaliyanın maliyyə polisi bu gün ölkənin ən önəmli və köklü banklarından biri olan Monte dei Paschi di Siena-nın idarə heyətinin olduğu binaya və bəzi vəzifəli şəxslərin evlərinə əməliyyat həyata keçirib.
Geely Volvo-ya 11 milyard dollar investisiya qoyur

Volvo Group tərəfindən açıqlanan rəsmi məlumata görə bu ilin birinci rübündə şirkətin xalis mənfəəti 2.1% azalaraq 460 mlyon avroya qədər geriləyib. Eyni zamanda şirkətin satış həcmi də 10.1% azalaraq 8.86 milyard avroya düşüb. Əməliyyat gəlirlərinin də həcmində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.4%-lik azalma müşahidə olunub və bu gəlirlər də 701 milyon dollara bərabər olub.










