Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

Maybach 2013-cü ildən istehsal edilməyəcək

maybach

Bu qərara səbəb satış həcminin azalması və rentabelliyin kafi olmamasıdır.

 

Almaniyanın Daimler AG avtomobilqayırma konserni 2013-cü ildən Maybach avtomibillərinin buraxılışının dayandırılması barədə qərar verib. Şirkətin rəhbəri Diter Tsetşe son müsahibələrindən birində qərarın satış səviyyəsinin aşağı düşməsi, eləcə də rentabellik göstəricisinin kifayət qədər olmaması üzündən verildiyini açıqlayıb.

Şirkət Maybach-ın əvəzinə lüks Mercedes S-klass xəttini inkişaf etdirərək modellərin sayını 2013-cü ildən başlayaraq 3-dən 6-ya qaldırmağı planlaşdırır.

Qeyd edək ki, Maybach 1909-cu ildə Vilhelm Maybax tərəfindən yaradılıb. Şirkət əvvəllər Luftfahrzeug-Motorenbau GmbH, 1912-ci ildən isə Maybach-Motorenbau GmbH adlandırılmağa başlanıb. Daimler-Benz konserni bu şirkəti 1960-cı ildə əldə edib. 2002-ci ildən etibarən Maybach-ın yeni modellərinin istehsalına başlanılıb.

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar