Yeni CEO 30 min nəfəri işdən çıxaracaq

Dünyanın ən böyük kompüter avadanlıqları şirkətlərindən biri olan HP öz işçilərinin 10%-ni işdən azad edə bilər. Bu baş verərsə təqribən 25-30 min nəfər ixtisara düşəcək. Mütəxəssislərin fikrincə ixtisar dalğası HP-nin yeni rəhbəri Meg Uitman-ın bu şirkətə rəhbərliyə başlamasından sonra ortaya çıxıb və HP-nin inkişafında son zamanlar müşahidə olunan durğunluğun aradan qaldırılması üçün nəzərdə tutulub.
Əsl liderlik komanda yolu ilə aparılır

“Komandanının idarə edilməsi” anlayışı aydın və anlaşılan görünə bilər. Biz bu haqda danışıdıqda çox vaxt aşkar edirik ki, menecerlərin bir çoxuna bu o qədər də aydın deyil, bəziləri üçün isə bu, hətta onların öz funksiyaları barədə düşüncələri ilə ziddir.
Türkiyə "Evə qayıdış" proqramı ilə alimləri ölkəyə qaytarmağa başlayır

Elmi tədqiqatlar sahəsində yeni bir dövrə daxil olmağa hazırlaşan Türkiyə ölkə xaricində olan türk əsilli alimləri geriyə - ölkəyə qaytarmaq üçün "Evə qayıdış" adlı proqrama start verib. Türkiyənin Axşam qəzetinin yaydığı xəbərə görə aprel ayının əvvəllərində ABŞ-ın dörd böyük universitetində toplantəlar keçirərək türk alimlərlə görüşən TÜBİTAK nümayəndələri türk alimlərə Türkiyədəki inkişaf, mövcud imkanlar və gələcək perspektivlər haqqında məlumatlandırıblar.
Facebook ilkin açıq yerləşdirmədə 16 milyard dollar qazanıb

Səhmlərini proqnozlaşdırılandan daha baha satan Facebook İNC. texnologiya sektorunda tarixin ən böyük ilkin açıq yerləşdirməsini(İAY) reallaşdırıb.
Nestle 12 milyard dollara yeni satınalma həyata keçirdi

İsveçrənin məşhur qida istehsalçısı Nestle ABŞ-ın dərman istehsalçısı Pfizer şirkətinin uşaq qidaları bölməsini 11.85 milyard dollara satın aldığını açıqlayıb.
Walt Disney-in rüblük mənfəəti açıqlanıb
2011-12-ci maliyyə ilinin II rübündə Walt Disney Co.-nun xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 21% artaraq 1,143 milyard dollar təşkil edib.
Facebook 1 milyard dollara Instagram əlavəsini əldə edəcək
Dünyada ən böyük sosial şəbəkə olan Facebook 1 milyard dollara şəkillərin mübadiləsi üzrə proqram təminatı istehsalçısı olan Instagram-ı almaq niyyətindədir.
Yahoo CEO-sunun diplomu saxta çıxdı

Yahoo-nun 20 milyon dollara e-Bay-dan transfer etdiyi CEO Skot Tompsonun (Scott Thompson) Stonehill Universitetindən aldığı diplomun saxta olduğu ortaya çıxıb.
Sony 10 min nəfəri işdən azad etməyə hazırlaşır
Yaponiyada nəşr edilən Nikkei qəzetinin yaydığı xəbərə görə Sony şirkəti televiziya satışlarındakı zəifləmə və maliyyə sıxıntıları ilə mübarizə aparmaq üçün ümumi işçi sayının 6%-ni təşkil edən 10 min nəfəri işdən azad edəcək.
Nestle-nin əsas rəqibi cari ildə 800 milyon dollardan çox qazanıb
I rübün yekunlarına əsasən, ABŞ-ın qida məhsulları istehsalçısı olan Kraft Foods şirkətinin xalis mənfəəti nəzarət olunmayan paylar çıxılmaqla 2,1% artıb və 813 milyon dollar təşkil edib.
Ötən ilin yekunlarına görə ABŞ-ın ən yüksək ödənişli CEO-sunun adı açıqlanıb
2011-ci ilin nəticələrinə əsasən, ABŞ-da ən çox gəlir əldə edən baş icraçı direktor (CEO-Chief Executive Director) Apple şirkətinin rəhbəri Tim Kuk olub.
Facebook IPO qabağı bədxərclik edir
Dünyanın ən böyük sosial şəbəkəsi Glancee mobil geolokasiya servisini əldə edib.
Ford 140 min avtomobilini geri çağırır
Buna səbəb Focus modelindən olan avtomobillərdə ön şüşəsilmə sistemində yarana bilən mümkün nasazlıqlardır.
13 yaşında həm ixtiraçı, həm də iş qadını oldu

ABŞ-ın Konnektikut ştatında yaşayan 13 yaşlı Mallory Kievman hıçqırıq tutmasının qarşısını almağa çalışarkən maraqlı bir ixtiraya imza atıb və nəticədə həm ixtiraçı, həm də iş qadını olmağa nail olub. "Hiccupop" adlandırdığı xüsusi şirninin tərkibindəki alma sirkəsi və şəkər sayəsində hıçqırığa səbəb olan sinir ucluqlarını tormozladığı bununlada hıçqırığın ən qısa zamanda dayandığı məlum olub.
Volvo-ya 11 milyard dollar yatırılacaq
Çinin ən böyük avtomobil konsernlərindən olan və İsveçin Volvo Cars brendini alan Zhejiang Geely Holding Group şirkəti qarşıdakı 5 ildə törəmə müəssisəsinə 11 milyard dollar həcmində investisiya yatırmaq niyyətindədir.
Avropanın ən böyük banklarından biri cari ildə təxminən 3 milyard avro qazanıb
I rübün yekunlarına əsasən, Fransanın BNP Paribas bankının xalis mənfəəti 9,6% yüksələrək 2,87 milyard avro təşkil edib.
Microsoftdan piratçılıqla mübarizəyə böyük dəstək gəldi

Uzun illərdir Pirate Bay-ın pirat materialların satışı ilə bağlı hökumət quruluşları, şirkətlər və saytlar tərəfindən aparılan mübarizəyə bu dəfə Microsoft da qoşulub.
İtaliyanın neft nəhəngi olan ENI mənfəətini 42% artırıb
Cari ilin I rübünün yekunlarına görə, şirkətin səhmdarlar arasında bölüşdürülmə üçün əlyetən olan xalis mənfəəti 42% yüksələrək 3,62 milyard avro təşkil edib.
Ötən il Porsche-nin mənfəəti şirkətin tarixində ən yüksək olub
2011-ci ildə Almaniya şirkətinin mənfəəti 22% artaraq 2,05 milyard avro təşkil edib.
Nokia Vertu-nu satmağa yaxındır
Finlandiyanın Nokia korporasiyası özünün Vertu bölməsinin Birləşmiş Krallığın Permira investisiya şirkətinə satılması ilə bağlı ciddi irəliləyişə nail olub.
Ötən il ərzində BMW-nin xalis mənfəəti 4,881 milyard avro təşkil edib
Hesabat dövründə bu göstərici 51,2% artıb.










