Sony "SonyEricsson" şirkətinə bütünlüklə sahib oldu
Sony Corporation ("Sony") şirkəti Telefonaktiebolaget LM Ericssonun ("Ericsson") şirkətinin Sony Ericsson Mobile Communications birgə müəssisəsindəki ("Sony Ericsson") 50%-lik səhm payını tamamilə aldığını bildirib.
27 oktyabr 2011-ci ildə elan edilən satınalma nəhayət ki, 15 fevral 2012-ci ildə bütün rəsmi prosedurları tamamlayaraq yekunlaşıb. Bununla da Sony Corporation köhnə adıilə SonyEricsson adlandırılan şirkətə tamamilə sahib olub. SonyEricsson bundan sonra "Sony Mobile Communications" adlandırılacaq və smartfon bazarına daha ciddi şəkildə yönələcək. Yeni şirkət haqqında məlumatlar artıq açıqlanıb :
Şirkətin adı : Sony Mobile Communications
Rəhbəri : Bert Nordberg - CEO
Baş ofis : London
İnkişaf və təkmilləşdirmə laboratoriyalarının yerləşdiyi bölgələr : Pekin,Lund, Silikon Vadisi və Tokio
İşçi sayı : 8000 nəfər
Əsas profili : Smartfonların istehsalı, təkmilləşdirilməsi və satışı
Kapitalı : 100 milyon avro










