Dell-in xalis mənfəəti 3,492 milyard dollar təşkil edib
Cari ilin fevralın 3-də başa çatan 2011-12-ci maliyyə ilinin yekunlarına görə adıçəkilən ABŞ şirkətinin xalis mənfəəti 1 il əvvəlki dövrlə müqayisədə 32,5% artıb.
Hesabat dövründə şirkətin gəlirləri 0,9% artaraq 62,071 milyard dollar təşkil edib. Əməliyyat mənfəəti 3,433 milyard dollardan 4,431 milyard dollara yüksəlib.
Ötən il şirkətin xalis mənfəəti 2,635 milyard dollara bərabər olmuşdu.










