Microsoft Google-la gizli "müharibəyə" hazırlaşır
Çin mətbuatının yaydığı xəbərə görə Microsoft Çinin ən böyük axtarış sistemi olan Baidu ilə müqavilə bağlamaq üzrədir.
Yayılan xəbərlərə görə bu müqavilə yaxın bir həftə ərzində baş tuta bilər. Məlumatda daha sonra qeyd edilir ki Baidu, Bing China-dan pullu reklamlar alacaq əvəzində isə Bing Baidu üçün ingilis dilində nəticələr təqdim edəcək. Əgər adı çəkilən müqavilə gerçəkləşərsə o zaman Bing bazar payını daha da genişləndirə və daha geniş arealda möhkəmlənə bilər. Bütün bunlar Microsoft-un axtarış sistemləri bazarında irəliləmək üçün əlindən gələni etdiyini bir daha sübut edir.










