Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

DÜNYA

Avroqrup Yunanıstanı defoltdan xilas etdi

avr bir

Avrozona ölkələrinin maliyyə nazirləri şurası (Avroqrup) bu ölkəyə 130 milyard avro həcmində kredit ayırmağa razılaşıb.

 

Fevralın 21-də Avroqrup tərəfindən təsdiq edilən proqrama görə, 2020-ci ilədək Yunanıstanın dövlət borcu ÜDM-in 120%-ni (hazırda bu rəqəm 160%-dir) təşkil edəcək. Yunanıstanın maliyyə naziri Evangelos Venizelos proqramın artıq sabahdan işə başlayacağını bildirib.

Yeni kredit tranşını almaq üçün Yunanıstan bir sıra şərtləri yerinə yetirməlidir: yeni büdcə tədbirləri haqqında qanun qəbul etmək; dövlət idarəetməsində islahatlar aparmaq və cari il üzrə büdcəyə və pensiya xərclərinə yenidən baxmaq.

Avroqrupun rəhbəri Jan Klod Yunker qeyd edib ki, Yunanıstanın bank sektoru dövlət borcunun nominal həcminin 53,5%-ni silməyə razılıq verib. Bu isə 230 milyard avro deməkdir.

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar