Çinin kommersiya banklarının məcmu xalis mənfəəti rekord səviyyəyə çatıb
Ötən il bu göstərici 2010-cu illə müqayisədə 15,8% artaraq 899,1 milyard yuandan 1,04 trilyon yuana (165,1 milyard dollar) yüksəlib.
Bu barədə Çinin Bank Tənzimlənməsi Komissiyasının verdiyi məlumatda bildirilir. Keçən il ölkə banklarının rekord mənfəət əldə etdiyinə baxmayaraq, artım 2010-cu illə müqayisədə zəifləyib, belə ki, həmin vaxt Çinin bank sektorunun mənfəəti 34,5% artmışdı. 2011-ci ilin sonuna Çin banklarının məcmu kredit portfelində xidmət göstərilməyən kreditlərin payı 1,1%-dən 1%-ə endiyi halda, bank sektorunda kapitalın adekvatlığı səviyyəsi 12,2%-dən 12,7%-ə yüksəlib.
Cari ilin yanvarında Çin bankları tərəfindən verilən yeni kreditlərin həcmi illik hesablamada 29% azalaraq 738 milyard yuan (təxminən 120 milyard dollar) təşkil edib.










