Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

Fevralın 14-15-də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclası keçirilib

mhst

Tədbirdə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da iştirak edib.

 

İngiltərənin Susseks şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) Beynəlxalq İdarə Heyətinin 19-cu iclası keçirilib. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

İclasda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən iki ölkəyə - Mavritaniya və Peruya tamhüquqlu üzv statusu verilmişdir. Bununla da MHŞT-yə qoşulan 35 ölkədən tamhüquqlu üzv statusu əldə edənlərin sayı 14-ə çatmışdır.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

ƏLAQƏLİ YAZILAR

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar