Koreya Bakının torpaq kadastrının tərtib edilməsinə yardım edəcək
Torpaq və Xəritəçəkmə Komitəsi Koreyanın Torpaq, Nəqliyyat və Dəniz Məsələləri Nazirliyi ilə Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi üzrə danışıqlar aparır.
Bu barədə son müsahibələrindən birində Komitə sədri Qərib Məmmədov bildirib.
Layihə çərçivəsində ötən ilin oktyabrında Komitə ilə Nazirlik arasında qarşılıqlı anlaşma haqqında protokol imzalanmışdı. Azərbaycana Bakının Xəzər rayonunun ərazisində 1 000 hektarın kadastrının tərtib edilməsi üçün texniki yardım göstərilmiş və 1,5 milyon dollarlıq qrant ayrılmışdı.










