“Bakutel 2011” XXVII Azərbaycan Beynəlxalq Telekommunikasiya sərgisi keçiriləcək
Adıçəkilən sərgidə tədbirin həm də əsas sponsoru olan Microsoft şirkəti Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi layihələri təqdim edəcəkdir.
Microsoft Azərbaycan şirkətindən verilən xəbərə görə, sərgidə Microsoft Korporasiyasının tərəfdaşlığı ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələr təqdim ediləcəkdir. Əməkdaşlıq Azərbaycanın milli prioritetlərinə uyğun olaraq informasiya texnologiyalarının elektron hökumət, təhsil sistemi, “rəqəmsal fərqin” aradan qaldırılması, yerli biznesinə effektiv proqram həllərinin təqdimatı kimi istiqamətləri əhatə edir. Microsoft Korporasiyasının stendində həmçinin müxtəlif yeni proqram məhsulları və Windows 7 əməliyyat sisteminin və MS Office 2010 paketinin Azərbaycan dilinə tərcüməsi haqqında geniş məlumat veriləcəkdir.
Sərgidə iştirak üçün Azərbaycana səfər edən Microsoft nümayəndə heyətinə Kim Gagne, Avropa, Yaxın Şərq və Afrika üzrə Hüquqi Korporativ Əlaqələr Direktoru rəhbərlik edəcəkdir.
Qeyd etmək lazımdır ki, Microsoft Korporasiyası “Bakutel 2011” sərgisinin baş sponsorudur. “Bakutel” sərgisi regionda ilk sərgidir ki, Microsoft Korporasiyası baş sponsor statusu ilə çıxış edir. Bu Microsoft Korporasiyasının Azərbaycanın informasiya kommunikasiya texnologiyaları üzrə potensialını yüksək qiymətləndirilməsini bir daha təsdiqləyir.










