Standard & Poor’s Azərbaycanın bank sektorunu qiymətləndirib
Agentliyin ekspertlərinin fikrincə, ölkəmizin bank sektorunda hazırda mövcud olan vəziyyət kifayət qədər sabitdir.
Bu barədə adıçəkilən beynəlxalq reytinq agentliyinin aparıcı analitiki Viktor Nikolski bildirib. Hərçənd, onun sözlərinə görə, sistemlə bağlı olduqca yüksək risklər də mövcuddur.
Agentliyin iqtisadi riskləri, o cümlədən hər bir ölkədəki bank industriyası risklərini qiymətləndirən BICRA (banking industry country risk assessment) metodologiyasına görə, Azərbaycan hazırda doqquzuncu qrupdadır (bu metodologiyaya görə, qiymətləndirmə birdən ona qədər dəyişir və bir sistemin minimal, on isə maksimal risklərlə qiymətləndirilməsidir).










