Azərbaycan və İspaniya turizm sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bu saziş G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyanın təmsilçiləri ilə görüşündə bağlanıb.
Xarici işlər nazirliyindən verilən məlumatda İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Maqallo ilə görüş çərçivəsində ölkələr arasında ikitərəfli münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Görüşün yekununda tərəflər Azərbaycan və İspaniyada keçirilən turizm sərgilərində hər iki ökənin müvafiq qurumlarının nümayəndələrinin iştirakının qarşılıqlı təşviqi, habelə səfərlərin və biznes-forumların təşkili üzrə saziş imzalanıb.










