Bu il Azərbaycanla Belçikanın işgüzar dairələri biznes-forum keçirəcək
Bununla bağlı razılaşma “Azərbaycan-Belçika” parlamentlərarası işçi qrupunun ölkəmizə səfəri gedişində əldə edilib.
Belçikalı deputat Filip Blanşarın rəhbərlik etdiyi nümayəndə heyəti görüşlər zamanı 2012-ci ildə qrupun fəaliyyət proqramını müzakirə edib.
Tədbirlər planına uyğun olaraq qrup rəhbərlərinin seçildikləri dairələrə (Azərbaycan və Belçika) səfərlər təşkil olunmalı, hər ölkədən bir universitet və bir telekanalla işgüzar əməkdaşlıq yaradılmalıdır.










