Cari ilin əvvəlindən sahibkarlara 30,7 milyon manat həcmində güzəştli kreditlər ayrılıb
İlin sonuna qədər bu göstəricinin 200 milyon manata çatdırılması gözlənilir.
Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib. 217 investisiya layihəsinin maliyyələşdirilməsinə 26 milyon manat, Bakı qəsəbələrindəki 24 layihəyə 4,7 milyon manat xərclənib.
2012-ci ildə Fond xəttilə 200 milyon manatlıq kreditlərin ayrılması planlaşdırılır.










