Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

SIĞORTA

Azərbaycanın “Yaşıl Kart” sısteminə daxil olması prosesi davam edir

İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quluyev və Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov Milli Avtonəqliyyat Sığortası Bürolarının Beynəlxalq Assosiasiyasının Bürolar Şurasının prezidenti Mariusz Viçtovski və baş katibi Qrit Florenlə görüşüb

Ətraflı:

“Qarant Sığorta” bu il 10 milyon manatdan çox sığorta haqqının yığılmasını proqnozlaşdırır

Qarant Sığorta

“Qarant Sığorta” cari ilin birinci rübündə 1 milyon 761 min 192 manat sığorta haqqı toplayıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur.

Ətraflı:

Sığorta bazarına rəsmən yeni şirkət daxil olub

Royal Sığorta şirkəti bu sahədə fəaliyyət göstərmək üçün lisenziya əldə edib.

Ətraflı:

“ADIF”-in sığorta ehtiyatları 13 faiz artıb

Əmanətlərin sığortalanması

2012-ci ilin birinci rübünün yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (Azerbaijan Deposit nsurance Fund -ADIF) üzv olan banklardakı ümumi əmanətləri 12,84 faiz artaraq 4,246 milyard manat təşkil edib.

 

Bu həcmdən 2,624 milyard manat qorunan əmanətlərə, 1,622 milyard manat isə qorunmayan əmanətlərə aiddir. Hesabat dövründə qorunan əmanətçilərin sayı 5,973 milyon nəfər təşkil edib.

Birinci rüb ərzində Fondun 43 üzv bankının təqvim haqları 1,838 milyon manat, 1,584 milyon dollar və 188 min avro təşkil edib.
Fondun sığorta ehtiyatları birinci rüb ərzində 6,62 faiz artaraq 45,4 milyon manat təşkil edib.

2010-cu il iyunun 1-dən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

ADIF 2007-ci il 13 avqustda fəaliyyətə başlayıb. Hazırda ölkədə fəaliyyət göstərən 44 bankdan 43-ü Fondun üzvüdür. Bir bank isə Mərkəzi Bankın tələblərinə cavab vermədiyi üçün məhdud lisenziya ilə fəaliyyət göstərir və əmanətlərin qəbulunu apara bilmir.

Azərbaycan Sığortaçılar Assosiasiyası üzvlük haqlarının alınmasında dəyişikliklər edib

azer sig ass

Bu barədə qərar təşkilatın Müşahidə Şurasının iclasında verilib.

Ətraflı:

«AtaSığorta» 2012-ci ilin 1-ci rübündə 3,508 milyon manat sığorta haqqı toplayıb

sığortalı həyat

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Ətraflı:

Royal Sığorta Maliyyə Nazirliyində attestasiyadan keçib

sig nez xid

İdarə heyəti formalaşdırıldıqdan sonra lisenziya verilməsi məsələsinə baxılacaq.

Ətraflı:

10 şirkətə icbari sığorta növləri üzrə fəaliyyət aparmağa icazə verilib

sigorta

Bu sığorta növləri əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır.

Ətraflı:

“AFB Capital” MMC-nin lisenziyalarının fəaliyyəti dayandırılıb

qiy kag

Bu barədə qərar adıçəkilən şirkətin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə mayın 4-də etdiyi müraciəti əsasında verilib.

Ətraflı:

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar