Başak-İnam Sığorta Şirkəti ilin ilk dörd ayında 1,086 milyon manat sığorta haqqı toplayıb
Hesabat dövründə şirkətin sığorta ödəmələrinin həcmi 0,36 milyon manata bərabər olub.
Başak-İnam Sığorta Şirkətinin yanvar-aprel ayları ərzində topladığı sığorta haqlarının həcmi 1,086 milyon manata, sığorta ödəmələrinin ümumi məbləği isə 0Ş36 milyon manata bərabər olub. Bununla da il ərzində sığorta haqlarının həcmi 42%, ödəmələrinin həcmi isə 35% artıb.
Sığorta haqlarının artımı, əsasən, KASKO (4,5%), elektrik avadanlığı sığortası (10,2%), şüşə sığortası (40%), tibbi sığorta (84%) və digər növlərin hesabına olub. Sığorta ödəmələri isə KASKO (62%), nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası (24 dəfə), şüşş sığortası (25%), tibbi sığorta (47%) və bədbəxt hadisələr və xəstəliklərdən sığorta (100%) üzrə həyata keçirilib.










