“AFB Capital” MMC-nin lisenziyalarının fəaliyyəti dayandırılıb
Bu barədə qərar adıçəkilən şirkətin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə mayın 4-də etdiyi müraciəti əsasında verilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun verdiyi məlumatda bu barədə bildirilir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AFB Capital” MMC-nin 04 may 2011-ci il tarixli müraciətinə əsasən, Cəmiyyətə 25 dekabr 2009-cu il tarixində broker fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 044818 nömrəli, diler fəaliyyəti üçün 044817 nömrəli lisenziyaların və 3 mart 2010-cu il tarixində verilmiş qiymətli kağızların idarə olunması üzrə fəaliyyət üçün 044825 nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 12 diler fəaliyyəti və 3 qiymətli kağızların idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.










