Royal Sığorta Maliyyə Nazirliyində attestasiyadan keçib
İdarə heyəti formalaşdırıldıqdan sonra lisenziya verilməsi məsələsinə baxılacaq.
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən verilən məlumatda “Royal Sığorta” ASC-nin noyabrın 29-da attestasiyadan keçdiyi bildirilir. Attestasiyadan keçənlər Nüsrət Babayev (idarə heyətinin sədri), Elmar Hacıyev (idarə heyətinin üzvü). Rəşid Hüseynov (təftiş komissiyasının sədri), Rasim Qəmbərov (təftiş komissiyasının üzvü), Səid Cəbrayılov (baş mühasib), Mirvari Həsrətovadır (aktuari).
Dövlət Sığorta Nəzarəti Xidmətinin sədr müavini Mahir Abdullayev daha əvvəl bəyan etmişdi ki, şirkətin lisenziya verilməsi ilə bağlı müraciətinə hələ ki, baxılmır, çünki qanunvericiliyə əsasən, sığorta xidmətlərinin göstərilməsi üzrə lisenziyanın verilməsi məsələsinə yalnız idarə heyətinin formalaşdırılmasından sonra baxıla bilər.










