Sığorta bazarına rəsmən yeni şirkət daxil olub
Royal Sığorta şirkəti bu sahədə fəaliyyət göstərmək üçün lisenziya əldə edib.
Dekabrın 28-də Maliyyə Nazirliyi sığorta və lisenziyalaşdırma ilə bağlı qanunvericiliyə uyğun olaraq, adıçəkilən şirkətin sığorta fəaliyyətini həyata keçirməsi üçün ona 5 il müddətinə lisenziya verib. Bununla da Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 29-a çatıb. Belə ki, indiyə qədər respublikada 3-ü həyat sığortası, qalan 25-i isə qeyri-həyat sığortası üzrə fəaliyyət göstərməklə ümumilikdə 28 sığorta şirkəti mövcud idi.










