Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları üçün daha bir seminar keçirilib
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları üçün «INTOSAI daxili nəzarət standartları üzrə seminar» təşkil edilib.
Avropa Birliyinin Avropa Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin benefisiarı olduğu «Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» adlı Tvinninq layihəsi çərçivəsində seminarların keçirilməsi davam etdirilir. 21-22 fevral tarixlərində layihənin Estoniya Respublikasından olan ekspertləri tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları üçün «INTOSAI daxili nəzarət standartları üzrə seminar» keçirilmişdir.










