Mərkəzi Bank Sədrləri Klubunun toplantısı keçirilib
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə mayın 12-də Bakıda Mərkəzi Asiya, Qara Dəniz Regionu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun (Klub) növbəti-27-ci toplantısı baş tutub.
Mərkəzi Bankın İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib
Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.
“Hökumət Ödənişləri Portalı”nın yaradılması işləri davam etdirilir

Portal Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin platformasında yaradılır.
Mərkəzi Bankın İdarə Heyəti üzvlüyünə namizədlər təsdiqlənib
Prezident İlham Əliyev sədrin birinci müavini vəzifəsinə Alim Səlim oğlu Quliyevin, sədrin müavinləri postlarına isə Aftandil Qasım oğlu Babayev və Vadim Ələddin oğlu Xubanovun namizədliklərini təqdim etmişdi.
Mərkəzi Bank treyninq keçirib

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF - Savings Banks Foundation for International Cooperation (SBFIC)) ilə birgə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Liseyinin bazasında "Banklar məktəblərə-məktəblər banklara" mövzusunda seminar keçirib.
Mərkəzi Bankın 20 illiyi qeyd edilib
Bununla bağlı keçirilən tədbirdə çıxış edən qurumun rəhbəri Elman Rüstəmov bu müddət ərzində Mərkəzi Bankın nailiyyətlərini iştirakçıların diqqətinə çatdırıb.
Aprelin 2-də İpoteka Fondunun 3 milyon manatlıq istiqrazları yerləşdiriləcək
İstiqrazlar 100,15 qiyməti ilə satışa çıxarılacaq.
“Mərkəzi Bankın ölkə iqtisadiyyatında rolu” mövzusunda məqalə müsabiqəsi başa çatıb
Qurumun 20 illik yubiley tədbirləri çərçivəsində 5 sentyabr-30 dekabr 2011-ci il tarixlərində elan edilmiş müsabiqəyə 35 məqalə təqdim olunmuşdur.
Azərbaycan İpoteka Fondu istiqrazların beşinci emissiyasının yerləşdirilməsinə başlayır
Martın 15-də AİF-in faizli sənədsiz təminatlı adlı istiqrazlarının emissiyasının 2 milyon manat həcmindəki birinci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Mərkəzi Bank kredit məlumatına çıxışı genişləndirməyə hazırdır
Qurum müddətli və faizlə kredit verən bütün kredit təşkilatlarını kredit məlumatının mübadiləsində iştirakını dəstəkləyir.
Cari ilin yanvarında Rusiya Mərkəzi Bankının ehtiyatları 6,7 milyard dollar artıb
Hesabat dövründə qurumun beynəlxalq ehtiyatları 6,7 milyard dollar (+1,4%) yüksələrək fevralın 1-ə 505,4 milyard dollara bərabər olub.
Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Görüş zamanı AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Fevralın 1-ə Mərkəzi Bankın pul bazası 7 601,5 milyon manat təşkil edib
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 27,5% artıb.
Mərkəzi Bank və “Ernst&Young” audit şirkətinin birgə təşkilatçılığı ilə seminar keçirilir

Seminarın mövzusu Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) “Maliyyə alətləri” adlı 9-cu standartların əsas prinsipləri”-dir.
Mərkəzi Bank yerli bankların konsolidasiyası strategiyasını hazırlayır
Bank bu strategiyanın könüllülük prinsipi əsasında dinamik proses ola biləcəyini güman edir.
Mərkəzi Bankın 20 illik yubiley tədbirləri çərçivəsində daha bir dəyirmi masa təşkil edilib
Tədbir “Post-krizis dövründə monetar və makroprudensial siyasətin dizaynı” mövzusu üzrə keçirilib.
Mərkəzi Bank və BBVB müqavilə bağlayıb
Bu müqavilə Bakı Banklararası Valyuta Birjasının Temenos T24 bank sisteminə qoşulmasını nəzərdə tutur.
Mərkəzi Bankda 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirilib
Tədbirdə tariximizin ən qanlı hadisələrindən biri olan 20 Yanvar faciəsinin həm də Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı bir səhifəsi olduğu vurğulanıb.











