Fevralın 20-də Mərkəzi Bankın notları qeydiyyata alınıb
Dövlət qeydiyyatına alınan notların məcmu nominal dəyəri 35 milyon manata bərabərdir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun yaydığı məlumatda fevralın 20-də Komitə tərəfindən Mərkəzi Bankın tədavül müddəti 26 gün və hər birinin nominal dəyəri 100 manat olan 350 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100834S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alındığı bildirilir.










