Alman şirkəti bazara yeni tablet modeli çıxarıb
Wi-Fi və 3G bağlantısına sahib olan bu cihazdan iş və əyləncə baxımından istifadə etməklə yanaşı normal bir telefon kimi də istifadə etmək mümkündür.
Almaniyanın texnologiya şirkəti olan Neoi tərəfindən hazırlanan və "NeolDesc 603" adlandırılan tablet artıq satışa təqdim olunub. Tək əllə belə rahat istifadə olunan NeolDesc 603-ün çəkisi 400 qr-dan da azdır. 7 inçlik ekran ölçüsü və 1024 X 600 piksel imkanına malik görüntü keyfiyyəti ilə seçilən bu cihaz eyni zamanda həm 3G, həm də 2G şəbəkələrini dəstəkləyir. Pulsuz Android tətbiqləri sayəsində Skype vəya Tango vasitəsilə on-line videokonfrans imkanına mailk olan NeolDesc 603 4Gbit daxili yaddaşa və Micro SD kart vasitəsilə artırıla bilən 32 Gb-lıq əlavə yaddaşa malikdir.










