Banklar və Biznes

ANALİTİK-İNFORMATİV PORTAL

Sun05202012

Genetik informasiya bir neçə saatda oxuna biləcək

DNT

Bir ingilis şirkəti tərəfindən hazırlanan yeni texnologiya həyatın əsas strukturunu təşkil edən DNT-nin quruluşunu artıq bir çeçə gün deyil bir neçə saat ərzində hazırlayıb ortaya çıxara biləcək.

Bu yeni texnologiya sayəsində artıq DNT analizlərini laboratoriyada aparmağa ehtiyac olmayacaq, DNT quruluşunu, HİV və bu kimi təhlükəli xəstəlikləri daha asan şəraitdə və daha qısa müddətdə aşkara çıxarmaq mümkün olacaq. Yeni texnologiya insanlarla yanaşı heyvandarlıq və əkinçilikdə də genetik mutasiyaların qarşısının alınmasında da geniş istifadə ediləcək. Oxford Nanopore Texnologiyaları şirkətinin rəsmiləri hazırladıqları bu cihazı ABŞ-ın Florida Ştatınakı Marco adasında ictimaiyyətə təqdim ediblər. DVD Player ölçüsündə olan bu cihaz "GridİON" adlandırılır. Bununla bərabər dünyanın ilk miniatur ölçülü və birdəfəlik istifadəyə yararlı olan "MinİON" cihazının da bu yaxı zamanlarda ictimaiyyətə tanıdılacağı bildirilib. USB kart ölçüsündə olan bu cihazın 2012-ci ilin ikinci yarısından etibarən satışa çıxarılacağı açıqlanıb. Qeyd edək ki, cihazın satış qiyməti 900 dollar nəzərdə tutulub. 

 

ƏLAQƏLİ YAZILAR

AddThis Social Bookmark Button

37-2011 »

JA Teline IV

36-2011 »

JA Teline IV

35-2011 »

35-2011

34-2011 »

34-2011

33-2011 »

Avatar