"Connected Me" konsepti uğursuzluq yoxsa texnoloji inqilab ?

Bir müddət bundan öncə İstehlakçı Elektronikası Sərgisində Ericsson şirkətinin CEO-su tərəfindən təqdim edilən "Connected Me" konsepti həmin dövrdə o qədər də maraqla qarşılanmamışdı, eyni konsept Dünya Mobil Texnologiyalar Konqresində də eyni reaksiya ilə üzləşdi. Konseptin məğzi insan bədəninin enerji keçiriciliyindən istifadə etməklə informasiya ötürülməsidir. Daha dəqiq desək,yeni texnologiyadan istifadə zamanı insan bədəni ötürücü cihazla qəbuledici arasında naqil rolunu oynayır.
Volkswagen özünün gələcək avtomobil konseptini təqdim edib

Müasir dövr üçün bəlkə də inanılmaz görünsə də gələcəyin avtomobil konseptləri üzərində işə başlayan Almaniyanın avtomobil nəhəngi Volkswagen hazırladığı yeni modeli animasiya formasında avtomobil həvəskarlarına təqdim edib.
Yosundan bioyanacaq alınması texnologiyası hazırlanır

ABŞ alimləri tərəfindən dəniz yosunundan biloji yanacağın əldə olunması istiqamətində irəliləyiş əldə olunub. Alimlərin hazırladığı yeni metod sayəsində dəniz yosunlarının tərkibindəki şəkər bioyanacağa çevrilə bilir.
ABŞ alimləri viruslardan enerji istehsal edən cihaz hazırlayıb

ABŞ-ın Energetika Nazirliyinə aid olan Lawrence Berkley Beynəlxalq Laboratoriyasında enerji istehsalında inqilab yarada biləcək bir yeniliyə imza atılıb. Laboratoriya mühəndisləri M13 adlandırılan və insan sağlamlığı üçün heç bir təhlükəsi olmayan viruslardan elektrik enerjisi əldə etməyə nail olub.
Mercedes ətraf mühit üçün "görünməz" olan yeni modelini tanıdıb

Mercedesin yeni modeli nə motorunun gücü, nə də sürəti ilə diqqət mərkəzində deyil. Onun diqqət mərkəzində olmasına əsas səbəb görünməzliyidir.
Çin genetikləri balıq dadında quzu yaradıb
Dünyanın müxtəlif ölkələrində olan gen mühəndisləri qida sektoru üçün on ayaqlı və ya tamamilə tüksüz toyuqlar yarada biləcəklərini söylədikləri bir zamanda Çinin gen mühəndisləri bu dəfə daha da irəi gedərək iki müxtəlif canlının xüsusiyyətlərini bir canlıda birləşdirməyə nail olduqlarını açıqlayıb.
İnsan beyni android robotlara köçürüləcək
Dimitry İtskov adlı 31 yaşlı rus biznesmen üzərində 100 alimin çalışdığı iddia edilən çox gizli bir layihəsi haqqında ilk açıqlamalar verib. Dünyanın heyrətlə qarşıladığı bu layihə uğurlu alınarsa insan beyni robot bədənlərə nəql edilərək insanların ölümsüzlüyünə nail olmaq mümkün olacaq.
Azərbaycanın rabitə operatorları 4G-ni yayın sonunadək tətbiq edəcək

Azərbaycanın hər üç mobil rabitə operatoru 4G standartının tətbiq edilməsi ilə bağlı protokol imzalayıb.
İtaliya alimləri 8 qollu osminoq robot hazırlayır

İtaliya alimləri tərəfindən 8 qollu osminoq modelində robot hazırlanır. Bu robot su altında kəşfiyyat apara, elmi tədqiqatlarda iştirak edə, axtarış tədbirlərinə cəlb oluna bilər.
“LG Electronics”-in ilk rübdə mənfəəti 214 milyon dolları keçib

“İFRS”-in (International Financial Reporting Standards-Beynəlxalq Maliyyə Hesabatı Standartları) açıqladığı nəticələrə görə, şirkətin bu ilin birinci rübündəki gəliri 10,8 milyard dollara bərabərdir.
Kioto Universitetində saxlanılan şimpanze insandan daha sürətli düşünür

Yaponiyanın Kioto Universitetində 2000-ci ildə doğulmuş olan Ayumi adlı şimpanze zəkası ilə insanları təəccübləndirir. Laboratoriya mühiitində dünyaya gələn və daim nəzarət altında saxlanılan bu meymun artıq 12 yaşındadır və insandan belə daha sürətli düşünmə qabiliyyətinə malikdir.
Azərbaycan Rabitə Nazirliyi Azercell-ə 4G lisenziyasını təqdim edəcək

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ay ərzində "Azercell" mobil rabitə operatoruna 4G standartında xidmətlər göstərmək üçün lisenziya təqdim edəcək.
Su ilə enerji toplayan adapter yaradılıb

Həm günəş, həm də külək enerjisi ilə çalışa bilən cihazların kiçilməsi ilə onları hər yerdə özümüzlə daşımaq, rahat istifadə edə bilmək imkanı qazandıq. Artıq alternativ enerji mənbələrindən enerji toplaya bilən cihazlar içərisinə su ilə enerji toplayan cihaz da əlavə olunub.
Philips 20 illik istifadə ömrü olan LED lampalar istehsalına başlayıb

Philips şirkəti tərəfindən istehsal edilən yeni nəsil lampalarda elektrik telləri əvəzinə LED-lərdən istifadə edilib. LED-lər daha uzun ömrə sahib olduqlarından ilk dövrlərdə bir qədər baha qiymətə satılacaq.
2025-ci ilin yeni nəsil təyyarələri artıq müəyyənləşib

NASA-nın iki il bundan öncə təyyarələri yenidən dizayn etmək üçün başladığı ERA (Ekologiyaya qarşı Məsuliyyətli Nəqliyyat) layihəsi çərçivəsində artıq yeni nəsil təyyarə modelləri ortaya çıxıb. Ənənəvi quruluşa malik təyyarə modelləri ötən il ən yeni texnologiyalarla təchiz edilərək rekord sayda sifariş almışdı.
Çin şirkəti "Skolkovo vadisi"nə gəlir

Artıq Rusiyanın silikon vadisi sayılan "Skolkovo"da Rusiya şirkətləri ilə yanaşı xarici şirkətlər də fəaliyyət göstərməyə başlayır.
İngiltərə hərbi sənayesi səsdən 2 dəfə sürətli roketlər istehsal edəcək

"Sea Ceptor" adlandırılan roket sistemi layihəsi İngiltərə Hərbi Donanması üçün həyata keçiriləcək və layihəyə 483 milyon sterlinq xərclənəcək. Layihə üzrə 500 nəfər çalışacaq.
“Sabahın alimləri” ABŞ-da

Şagirdlərimiz ilk dəfə Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək.
Yaya qədər Azərbaycanda qısamüddətli elektron imzalar peyda ola bilər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cari ilin birinci yarısının sonunadək qısamüddətli elektron-rəqəmli imzaların tətbiqinin mümkünlüyünü istisna etmir.
İsrail alimləri həşəratlardan "pilotsuz təyyarə" kimi istifadə etməyə hazırlaşır

Israilli mütəxəssislər uçan həşaratlardan "pilotsuz təyyarələr" kimi yararlanmaq istiqamətində maraqlı bir layihəyə başlayıb. Təcrübə üçün seçilən həşəratın bədəninə çox kiçik olçülü mikroçiplər yerləşdirən alimlər bunun sayəsində həşəratın uçuş sırasında bədənində gedən prosesləri izləyir, həşəratların bədən əzələlərinin hərəkətini, onların hansı ərazilərdə necə uçduqlarını aydınlaşdırırlar.
İnternetdə növbəti sıçrayış sosial şəbəkə ticarəti olacaq

Son zamanlar F-ticarət, yəni Facebook üzərindən satış sürətlə artmaqdadır. Bir sıra markalar sırf Facebookda satış üçün nəzərdə tutulan xüsusi modellər istehsal edir, digər qruplar isə ümumi satış üçün nəzərdə tutulan məhsullarını facebook vasitəsilə təqdim edirlər. Bu günədək şirkətlər sosial şəbəkələrdən daha çox məhsul və xidmətlərini tanıtmaq, potensial müştərilərdə öz məhsulları haqqında rəy formalaşdırmaq üçün istifadə edirdisə hazırda bir çox şirkətlər, xüsusilə moda sənayesinin nümayəndələri facebook-dan birbaşa satış üçün də istifadə etməyə başlayıb.










