2025-ci ilin yeni nəsil təyyarələri artıq müəyyənləşib
NASA-nın iki il bundan öncə təyyarələri yenidən dizayn etmək üçün başladığı ERA (Ekologiyaya qarşı Məsuliyyətli Nəqliyyat) layihəsi çərçivəsində artıq yeni nəsil təyyarə modelləri ortaya çıxıb. Ənənəvi quruluşa malik təyyarə modelləri ötən il ən yeni texnologiyalarla təchiz edilərək rekord sayda sifariş almışdı.
2011-ci ildə il Airbus 1419 ədəd təyyarə sifarişi alaraq Boeingin 1413 ədədlik sifarişini qabaqlamağı bacarıb. Lakin sifarişlərin çoxluğuna baxmayaraq motorlar, gövdənin hazırlandığı materiallar, qanad və digər aerodinamik hissələrdə dəyişikliklər olsa da bu günədək ciddi sayılacaq dəyişikliklər edilməmişdi. Hətta Airbus özünün iki mərtəbəli nəhəng A380 modelini istifadəyə verdikdə belə bu hava nəqliyyatında o qədər də sensasiyalı qarşılanmamışdı. Lakin mütəxəssislərin fikrincə NASA-nın dəstəyi ilə aparılan ERA layihəsi çərçivəsində yeni yaradılmış yeni nəsil təyyarələr həqiqətən də ciddi dəyişikliklər vəd edir. Qeyd edək ki, NASA öz layihəsinə 3 böyük şirkəti : Boeing, Lockheed Martin və Northrop Grumman şirkətlərini cəlb edib. Hazırda hər üç şirkət tərəfindən yeni nəsil təyyarə modelləri hazırlanaraq kiçik model şəklində sınaqlardan keçirilir. Bu təyyarə modelləri artıq indidən mütəxəssislər tərəfindən böyük rəğbətlə qaşılanmağa başlayıb. Yeni nəsil təyyarələrin 2025-ci ildən etibarən kütləvi istehsalına və istfadəsinə başlanacağı bildirilir.










