Kioto Universitetində saxlanılan şimpanze insandan daha sürətli düşünür
Yaponiyanın Kioto Universitetində 2000-ci ildə doğulmuş olan Ayumi adlı şimpanze zəkası ilə insanları təəccübləndirir. Laboratoriya mühiitində dünyaya gələn və daim nəzarət altında saxlanılan bu meymun artıq 12 yaşındadır və insandan belə daha sürətli düşünmə qabiliyyətinə malikdir.
Qeyd edək ki, bu meymun 30 il boyunca laboratoriya mühitində təlim görmüş Ai adlı meymunun oğludur. Ayumi hazırda insanın belə çətinliklə həll etdiyi məntiq testlərini asanlıqla həll edə bilir. Universitetin tərkibində fəaliyyət göstərən Primatları Araşdırma Mərkəzində testlərdən keçirilən Ayumi rəqəm və ya əşyaları saniyədən də qısa bir zamanda tanıya bilir. Ayumi rəqəmlərdən ibarət testləri daha qısa - 60 millisaniyədə həll edə bilir.










