İtaliya alimləri 8 qollu osminoq robot hazırlayır
İtaliya alimləri tərəfindən 8 qollu osminoq modelində robot hazırlanır. Bu robot su altında kəşfiyyat apara, elmi tədqiqatlarda iştirak edə, axtarış tədbirlərinə cəlb oluna bilər.
13 milyon dollarlıq bu layihə hazırda Avropa Birliyi tərəfindən də dəstəklənir. Qeyd edək ki, suyadavamlı metaldan hazırlanan osminoqun qollarınin üzərinə silikon çəkilmişdir, bu qatın üzərində isə sensor qabiliyyətli rezin örtük mövcuddur. Bunun sayəsində robot qolları ilə toxunduğu əşyanı "hiss edə və tanıya" bilir. Tibb aləmi də bu robota böyük maraq göstərməkdədir. Onların fikrincə gələcəkdə belə robotlardan çətin əməliyyat edilən hissələrdə cərrahiyyə əməliyyatlarında endoskop kimi istifadə etmək mümkün olacaq. İtaliya alimləri bu il ərzində üzərində çalışdıqları layihəni tamamlamağı planlaşdırır.










