İran yeni kompüter virusu ilə yoluxub
İranlı mütəxəssislər mühüm dövlət əhəmiyyətli kompüterlərdə yeni virus aşkarlayıb. "Stars" adlanan bu yeni virusun yoluxma vaxtı, hədəfi və vurduğu ziyan haqqında məlumat verilməsə də onun araşdırıldığı bildirilib.
Qeyd edək ki, yeni virus rəsmi sənəd şəklində görünür və bu yolla kompüterlərə yoluxur. Bu yoluxma faktı artıq ikinci haldır, buna qədər də 2010-cu ildə Stuxnet virusu İranın 30 mindən çox kompüterinə yoluxaraq onları sıradan çıxarmışdı. Xatırladaq ki, bu kompüterlər İranın Natanz AES-nin idarəsində istifadə olunan kompüterlər idi və məhz bu səbəbdən də AES-ə nüvə yanacağının yüklənməsi prosesi xeyli ləngimişdi. Həmin virus hücumundə İran tərəfi ABŞ və İsraili günahlandırmışdı.










